Sosial şəbəkələrdə müğənni Pərvin Lətifovun avtomobil qəzası keçirdiyi və vəziyyətinin ağır olduğu xəbəri yayılıb. Ətrafındakı insanlar bu xəbərdən narahat olub və müğənni ilə əlaqə saxlayıblar. Məlum olub ki, bu xəbər yanlışdır və bunu bilərəkdən yayan insan var.
7news.az gecce.az-a istinadən bildirir ki, Pərvin avtoqəza xəbərinə belə reaksiya bildirib:
"Facebook və İnstagramda yayılıb ki, guya mən avtomobil qəzası keçirmişəm. Ağır yaralıyam. Bunu edən başından böyük hərəkət edib, müəyyən səbəblərə görə, o insana başqa söz demədim. Sadəcə duz-çörək kəsdiyimə görə susdum. Yoxsa məni tanıyınlar bilir belə mövzulara reaksiyamı... İnanınki telefonum bir dəqiqə susmayıb. Toyda necə oxumuşam, bir Allah bilir. Ən azından ayıb olsun. Allaha şükür, hələki salamatam".
Pərvin Lətifovun xəbəri yayan adamın kimliyini bilsə də, adını çəkmək istəməyib.
7news.az








