Dünən Nardaranda ekstremistlərə qarşı keçirilən əməliyyatda baş verən atışma nəticəsində yaralanan şəxslər xüsusi qorumanın nəzarətindədir.
Xəstəxananın girişi hüquq-mühafizə orqanlarının silahlı əməkdaşları tərəfindən mühafizə olunur. Xəstəxanada müalicə olunan digər şəxslərin yaxınları isə xüsusi yoxlamadan keçirildən sonra içəri buraxılır. Xəstə yanına gələnlərin çantaları, yemək gətirdikləri “kulok”lar xüsusi yoxlanılır, adamlar içəri bir-bir buraxılır.
Xəstəxananın ətrafında da təhülkəsizliyi qorumaq üçün Post Patrul Xidmətinin əməkdaşları növbə çəkir.
Hazırda xəstəxanada neçə yaralının olduğu açıqlanmır./qafqazinfo
7news.az











