RU
Yaraqlıları dəstəkləmək üçün yeddi nəfər Almaniyada kilsələri qarət edirdi
11:36
231

Yaraqlıları dəstəkləmək üçün yeddi nəfər Almaniyada kilsələri qarət edirdi

Almaniyanın Köln Şəhər Məhkəməsi Suriyada döyüşən silahlılara maliyyə dəstəyi məqsədilə kilsələri qarət etmiş 7 nəfəri müxtəlif müddətlərə azadlıqdan məhrum edib.

7news.Az xəbər verir ki, bu barədə "Associated Press” məlumat yayıb. 

Onlar 3,5-4 il, habelə 10 ay müddətində azadlıqdan məhrum olunublar. İttiham edilənlərin törətdikləri cinayətlərə dair kifayət qədər fakt və sübutlar toplanılıb.

Məlumata görə, yaşları 24-37 arasında olan cinayətkarlar 2013-2014-cü illərdə azı 5 kilsəni və bir sıra binaları qarət ediblər.

Məhkəmə qarşısına çıxarılanlar arasında Almaniya ilə yanaşı, Tunis və Mərakeş vətəndaşları da var.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ