Yardımlı rayon sakini bıçaqlanma diaqnozu ilə bu gün səhər saatlarında Lənkəran Mərkəzi Rayon Xəstəxanasına daxil olub.
Rayonun Arvana kənd sakini, 2002-ci il təvəllüdlü Əliş Aslan oğlu Süleymanov dərhal əməliyyat blokuna götürülüb, hazırda həkimlər onun yaralarının tikilməsi, digər zəruri yardımların göstərilməsinə cəlb olunublar.
Yardımlı Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-nın yerli bürosuna 12 yaşlı uşağın bıçaqlanmasının ehtiyatsızlıq səbəbindən zərərçəkmişin özü tərəfindən törədildiyi bildirilib./apa
7News.Az








