RU
Yardımlıda avtomobil dərəyə aşıb, bir ailənin 3 üzvü xəsarət alıb
10:20
47

Yardımlıda avtomobil dərəyə aşıb, bir ailənin 3 üzvü xəsarət alıb

Yardımlı rayonunda bir ailənin 3 üzvünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1989-cu il təvəllüdlü Şükürov Ramil Şamil oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb.

Hadisə nəticəsində Ramil Şükürov, onun həyat yoldaşı, 1989-cu il təvəllüdlü Şükürova Çiçək Ümidvar qızı və azyaşlı övladları 2013-cü il təvəllüdlü Şükürova Ramina Ramil qız xəsarət alıb.

Yaralılar Bakıda yerləşən xəstəxanaların birinə gətiriliblər.

Hadisənin təfərrüatı araşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ