RU
Yardımlıda həmkəndlisini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
17:00
397

Yardımlıda həmkəndlisini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Yardımlı rayonunda qətl törətməkdə təqsirləndirilən Asif Ağayevin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

7NEWS.Az-ın xəbərinə görə, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Müşfiq Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 28-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il sentyabrın 12-də Yardımlı rayonunun Arvana kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1988-ci il təvəllüdlü A.Ağayevlə həmkəndlisi, 1999-cu il təvəllüdlü Nəsrəddin Sətizadənin kənd ərazisində şəxsi münasibətlər zəminində aralarında mübahisə yaranıb. Nəticədə o, həmkəndlisinin sinə nahiyəsinə ov tüfəngindən atəş açaraq qətlə yetirib.

Daha sonra A.Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəili sürülüb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ