RU
Yardımlıda idarə işçisinin ölüm səbəbi məlum olub, cinayət işi başlanılıb
11:00
135

Yardımlıda idarə işçisinin ölüm səbəbi məlum olub, cinayət işi başlanılıb

İyunun 11-i saat 13 radələrində Yardımlı rayon sakini, 1982-ci il təvəllüdlü Sərhad Sultanovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yardımlı Rayon Prokurorluğundan 7News.Az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Yardımlı Rayon İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsində gözətçi işləyən Sərhad Sultanov Viləş çayının Yardımlı şəhərindən keçən hissəsinin kənarında su nasosunu təmir edən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ