Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyun aylarında 56063 doğulan körpə qeydə alınıb.
Bu barədə 7NEWS.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, əhalinin hər 1000 nəfərinə bu göstərici 11,3 təşkil edib.
Doğulanların 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqları olub.
7NEWS.Az








