Lənkəran şəhərində narkotiklə bağlı əməliyyat keçirilib.
7news.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Lənkəran polis idarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Şücaət Quliyev həbs edilib.
Şücaət Quliyevdən 0,036 qram heroin və 695 qram tiryək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.
7news.Az








