RU
YARIMÇIQ MÜHAZIRƏ
16:15
6739

YARIMÇIQ MÜHAZIRƏ

Səhər bir tikə pendir çörək yeyib, evdən çıxdım. Bu gün 65 yaşım tamam olur. Tələbələrim ötən ay, məni yola gətirib "feysbuk"da qeydiyyatdan keçirdilər, sən demə bu saytda varsansa ad gününü hamı bilirmiş.  Elə adamlar zəng edir ki, adları telefonumun yaddaşında yoxdur, əksəriyyəti keçmiş tələbələrimdi. Əslində müəllim üçün keçmiş tələbə yoxdur, çünki tələbənini  müəllimlə bağlı keçmişi var. Sən onun xatirəsində hər zaman müəllimsənsə, deməli o həmişə tələbəndir. Müəllimliyin ən yaxşı və ən təhlükəli tərəfi də budur. Yüzlərlə tələbənin xatirəsində yaşamaq çox yaxşıdır.  Amma baxır necə yaşamaq. Dünyanın ən bədbəxt adamı yaddaşlarda pis qalan müəllimdir. Və ya əksinə..

            Yeni qaydalara görə, 65 yaşa çatan müəllimləri təqaüdə göndərirlər. Dekan 28 yaşlı körpədir, kiminsə ərköyün balası. Ötən həftə Deyl Karneginin kitablarından öyrəndiyi süni təbəssüm və etikailə mənə təqaüd yaşımın çatdığını xatırlatdı. Eyni tərzdə cavab verdim: ad günümü xatlatdığınız üçün Sizə təşəkkür edirəm, əziz dekan! O xoş davranışdan ürəklənib bir az da irəli getdi:

 - Əslində Sizə baxanda uzağı 40 yaş vermək olar - bu saxta komplimentdən ürəyim bulandı. Öz tərzimə qayıdıb dedim

 -Atın götü! - o qızardı, bozardı, üzündəki süni təbəssüm tədricən əridi. Bu dəyişikliyi ləzzətlə izlədim. O gündən məni dindirmir.

            Əslinə qalsa hələ işdən çıxmaq istəmirəm. Çünki tarixin elə bir mərhələsinə qədəm qoymuşuq ki... İndi dünyada millli dəyərlərə hücum dövrüdür, gənclərimizi  gücüm çatan qədər bu hücumdan xəbərdar eləməliyəm,  qorunmağın yollarını öyrətməliyəm.Bildiyimi paylaşmamış getsəm, Allahın üzünə necə baxaram. Magistratura şöbəsində cəmi bir qrupa "Ümumi fəlsəfə"dən dərs deyirəm.

            Auditoriyaya tələbələrimin alqışlarıyla daxil oldum. Balalarım stolumun üstünə tort da qoyublar. İngilis dilində oxuduqları "Happy birthday" mahnısına qıcıqlanmadım. Tortun üstündəki şamı söndürəndən sonra dedim ki, son dərslərimizdi, indi səksən dəqiqə vaxtımız var, yaxşı olar ki, bunu şirniyyata xərcləməyək,tortu tənəffüsdə bufetə düşübyeyərik. Sonra elan etdim ki, bu gün müzakirə edəcəyimiz mövzunu müəyyənləşdirsinlər. Bu uzun illərdir tətbiq elədiyim pedaqoji metoddur - mövzunumüzakirə ilə izah edirəm. Hansı mövzudan başlayırlar başlasınlar, tutaq ki, mən Nitşe haqında danışmaq istəyirəmsə onları çox rahatlıqlaİnsan Allah münasibətlərinə, ardınca Nitşeyə gətirib çıxara bilirəm.  Nəticədə izah edəcəyim mövzuya dərs kimi yox, mübahisənin ardı kimi diqqətlə qulaq asırlar. Mənə də bu lazımdır.

Onlar  iyirmi altı nəfərdir, on dordü qız, doqquzu oğlan, üçü isə mənim dərdimdir. Jurnaldakı soyadları kişi cinsinə, davranışları, düşüncələri  qadın cinsinə mənsub, beləliklə heç nəyə mənsub olmayan yazıq balalarım. Adətən müzakirələrdə iki cəbhəyə bölünürük. Həmin bu üç nəfər də daxil olmaqla on bir nəfər əks cəbhədədir.

Beş dəqiqəlik səs küydən sonra mənim sevimlim, qrupda ən yaxın tərəf müqabilim"Xatun" adlandırdığım qız dedi ki, uşaqlar Sevgi haqqında müzakirə aparmığımızı istəyir. Sevindim, çünki bu istədiyim mövzu- milli dəyərlər və vətən sevgisi barədə danışmaq üçün yaxşı fürsətdir. İlk sualı da elə "Xatun" verdi. 

- Müəllim, şablon səslənməsin, indki dövrdə sevgi  niyə ölüb, niyə saf sevgilər ancaq mahnılarda, kinolarda qalıb?

- İndiki dövrdə sevgi yoxdur fikri kökündən səhvdir. Sevgi az qala Allahla yaşıddır. Zaman qədər qocadır, olub, olacaq. Sevginin buynuzu olmur ki, nə də adam sevəndə qanadı çıxmır. İndikilər də sevir, sən də sevirsən, o da sevir. Məsələ ondadır ki, indi sevginin ömrü qısa olur, çünki onu tez öldürürük. Əslində Sevgi adamı kökündən dəyişəcək qədər güclüdür...

- Necə olur ki, bizi kökündən dəyişmək gücündə olan bir hissi öldürməyə gücümüz çatır?

-  Sevginin gücü əxlaqdır.  Sevgi əxlaqla doğulur, əxlaqla qidalanır, nəfəs alır, - ortada əxlaqsızlıq varsa, sevgi çoxdan yoxdur demək. Problem ondadır ki, indi sevgini soyundurmağa tələsirlər... Çox ağartmasam, olarmı? Fikrimi izah edə bildim?

- Bir az...

 - Qoy bir misal da çəkim, təsəvvürün dəqiq olsun. İnsan sevəndə, ilk vaxtlar sevdiyini heç təsəvvüründə belə soyundura bilməz, istəsə də bacarmaz. İlk vaxtlar ona toxunulmaz biri kimi yanaşır,  bu sevginin ən güclü dövrləridir. Sonrası təbiidir ee, amma indi adamlar sonrasına, lap sonrasına çox tələsirlər. Beş on günə hər şeyixərcləyirlər. Yenə deyirəm, sevgini soyundurmağa tələsirlər.

Növbəti sualı "Qərbli qız" verdi. Bu qızı tərzinə görə o qədər danlamışam ki... Bilirəm ki, məndən zəhləsi gedir.

- Müəllim, deyirsiz ki,  sevgini soyundurmağa tələsirlər. Soyundurmaq kişilərə məxsus vərdişdir. Sizə elə gəlmir ki, bu məsələdə ən böyük günahkar orta və yaşlı nəslin kişiləridir. Üzr istəyirəm, adamı gözü ilə yeyənləri nəzərdə tuturam.

 - O kişi səni soyundurmur. Çünki ehtiyac yoxdur. Sən artıq soyunmusan. 

- Qətiyyən razı deyiləm. Avropa cəmiyyətində əxlaqsız qadın müştərilərə əxlaqsız olduğunu bildirmək üçün dəridən qabıqdan çıxır. Xüsusi naxışları olan kapron corablar geyinir, boya ilə böyük bir dodaq çəkib, yolun kənarında dayanır. Divara söykənib, gəlib gedənə söz atandan sonra kişilər bilir ki, bu qadın fahişədir. Bizim cəmiyyətdə isə vəziyyət bir az başqadı. Bizdə müasir geyimli, əxlaqlı bir qadın, geyiminə görə pis baxışlardan sığortalanmayıb.  Və ya mən küçədə kişilərin üzünə sadəcə mehribancasına gülümsəyərək yüz metr yol getsəm, hər on metrdən bir ya kimsə arxamca düşəcək, ya yaxınlaşacaq, ya nömrəsini deyəcək, ən yaxşı halda "vaxtım olsaydı bunu tutardım" fikirləşib keçəcək.

 - Mən bilirəm, sən ən müasir geyim deyəndə nəyi nəzərdə tutursan... Guya indi geyindiyin normaldır?   - Qız dar şalvar, qısa ağ jaketdə idi. İndi fikir verirəm ki, "Qərbli qız"ın sevgilisi "Uzunsaç" (o da qız hərəkətləri ilə davrandığına görə "sevgili" sözünü yaraşdıra bilmirəm, "pərəstişkar" daha çox yerinə düşür) telefonuya mühazirənin video qeydini aparır. Fikirləşdim, qoy işində olsun. Nə vaxtsa, haradasa  baxanda,  hansısa sözüm bəlkə ağlına batdı. Ortalıqda olduğunu anladı. Kişi cinsinə kişi kimi mənsub olmağın necə yaxşı olduğunu başa düşə bildi. Bəlkə də qəribə səslənir. Bu orta cinsə meyilli tələbə məni danışdırmır. Etiraf edim,bu vəziyyəti qəsdən yaratmışam. Dekana dediyim, "atın götü"ndən filandan demişəm ki, küssün,danışmasın. Çünki onun fikirləri həqiqətən ürəyimi ağrıdır. Bu balama o qədər yazığım gəlir ki.... O hər ağzını açanda özümdən asılı olmayaraq uşaqları bu vəziyyətə salam bütün cərəyanların,  inistutların, bütün massonların və bu kimi zir zibillərin ata babasına lənət oxuyuram. Hirisimdən az qalıram ağlayam. İndi də səsimdən əsəbi olduğumu duyulur deyəsən:

- Gəl lövhənin qarşısına. - "Qərbli qız"lövhənin qarşısına çıxdı.  - Əllərini qaldır görüm - təəccüblə əllərini qaldırdı - Bax qızım, problem bundandır. Köynəyin o qədər qısadır ki, göbəyini görürəm. Halbuki sən Şərq qadınısan, qaydalarımıza görə, əgər sən rəqqasə deyilsənsə,  göbəyini yalnız ərin görə bilər. Bu da şalvar deyil, dəridir. Dərinə yapışan parça dəri. Bütün cizgilərin aydın görünür. Qələm ver, baxıb dəqiqliklə çəkim. Sən bədəninin bütün detaları ilə nümayiş etdirirsən və bir də yadına salıram, sən Şərqdəsən. O Şərq kişisidir, ehtiraslıdır.

 - Problem mənim geyimimdə deyil, təkrar edirəm, problem orta və yaşlı nəsildədir. Keçmiş SSRİ-nin vətəndaşlarında. "Seksin olmadığı" SSRİ-dən qurtulandan sonra parnuxa filimlərinə daraşan adamları nəzərdə tuturam. Onların gözü hələ də doymayıb. İlin günün bu vaxtında geyimin açıq yerindən  ehtiraslanan "yanıqlar"dan danışıram.  

- Niyə ehtiraslanmasın ki?  "ilin günün bu vaxtı" deyəndə nəyi nəzərdə tutursan?

- Dünya erotika dövrünü başa vurur müəllim!  - əks cəbhədəki oğlanlardan biri müzakirəyə qoşuldu. O həmişə rokerlər kimi gediyinir.

- Bəs sizin dünyada indi hansı dövrdür oğlum?

- Azadlıq və ekstazi dövrü - oğlan iki barmağını qaldırdı. Qərb cəbhəsində güldülər, hətta bir ikisi alqışladı da.

- Zırt ekstazi!  - bu dəfə cəbhəsindən asılı olmayaraq hamı güldü. - Gəl açıq danışaq. Məsələ ondadır ki, bu qız lütləndikcə, haradasa, hansısa kişinin hissləri   ölür. Bax, deməyin ki, yenə Şərq, Şərq deyirəm. Yəqin bunu inkar eləzsiz ki, elm Şərqdə yaranıb, eləmi? Buranın adamları daha bilimli olublar. Onlar bilirdilər ki, örtülü olan, qapalı olan  şeylər daha cazibəli olur. Yasaq olan şeylər kimi. Şərq qadını ağıllı olub tarixən. O gözəlliyinin də, zərifliyinin də qayğısına qalıb həmişə. Sürməsini də çəkib, sizin dilllə desək makiyajını da edib. Amma uzun libasda sərvətini gizlədib. Onun göbəyini görmək üçün kişilər mübarizə aparıb, yeri gələndə biri birini ödürüb, gözəlliyin tək sahibi, tək şahidi olmaq üçün.  - "Qərbli qız"a tərəf çevrildim - Sənsə indi bufetə düşsən hamı göbəyini görəcək. Sənin Qərbin gəlib məni soyundurdu, o dediyin yaşlı kişiləri qınama. Onlar indiyə qədər yalnız arvadlarının bədən cizgilərini belə aydın şəkildə görüblər. Qaldı ki, razı qaldığın nəsilə - sənin bədən cizgilərinə baxıb ehtiraslanmayan uzunsaç oğlan dostların var haa, səmimi deyirəm, o oğlanları görəndə ürəyim ağrayır ki, balalarımı nə günə qoydular. Onlar gözlərini açandan istər küçədə, istər ekranda lüt bədənlər gördülər,  qəhramanı qey olan cizgi filmləri, bədii filmləri izlədilər. Sənin Qərbin mənim oğlanlarımı qızlaşdırmaq, qızlarımı lezbiyan eləmək üçün, orta cins yaratmaq üçün əlindən gələni edir. Kimi bu hücumdan salamat çıxır, kimi yox... Bax sözümün canı budur, sən bu düşüncəylə, bu geyimlə bu hücuma kömək etmiş olursan. İndi deyirsiz, ekstazi dövrüdür, əsil ekstazini qadın mübarizə ilə əldə edilib, kəşf olunduqda baş verir. Ən ehtiraslı seks də sirrli yerlər aşkarlandıqda olur, ən güclü orqazm da.  Belə sirr nə qədər çox olsa, ehtiras o qədər güclü olur. Həm də burada əsas məsələ var, sevgi!    Keç əyləş. dediz sevgidən danışaq. Məncə sizin müzakirə elədiyiniz mövzu sevgiylə uzlaşmır.  Siz konkret seksdən danışırsız. Sevgi üçünsə seks, həzz almağın milyon yolundan biridir.

- Milyon bir az çox olmadı ki - "Roker" söhbəti uzadırdı. Qərb cəbhəsində yenə  güldülər...

- Sayaram, bitməz... Amma sən bunu çətin ki anlayasan.  Sevdiyinlə gözlərlə danışmaq, baxışaraq sevişməyin həzzini yaşamısanmı indiyə qədər?  Əl-ələ tutmaq, eyni anda eyni şeyləri düşünüb, eyni anda əllərinizi bir birinə möhkəm sıxmaq, axşam yuxudan əvvəl onu düşünmək,  onu yuxuda görmək, haqqında nəsə eşitmək, adını eşitmək... İkinizə aid mahnıları dinləmək, sabahkı görüşün həyəcanı, onun da səni bütün varlığıyla sevməsini bilmək, ikiniz bir yerdə bir tam olmasını anlamaq, davam edim? Seksin kuliminasiya nöqtəsi  orqazmdır.  Bu başa çatan bir prosesdir. Sevginin isə kuliminasiya nöqtəsi o qədər uca bir məqamdır ki, ora çatmaq, kamilliyə, yəni  əbədi xoşbəxtliyə çatmaqdır.

- "Əbədi xoşbəxtlik" gülməli anlayışdır.  Heç əbədi sevgi yoxdur! - bunu deyən "Küsgün" idi. O bütün məsələrlə neqativ yanaşması ilə yadımda qalıb.

- Var. Amma təəssüf olsun ki, sənin kimi əbədi sevgi yoxdur düşünən insanlar çoxalıb. Və siz o qədər çoxsunuz ki, bu səhv düşüncəni sanki reallıq kimi qəbul eləməliyik. Sevgi yoxdur, sevgi ölüb filan...  - səbrim tükənmişdi. Mövzuya keçməyə tələsdirdim.  - Siz keçmişinizə, kökünüzə bağlı olsanız...  - yenə sözümü kəsdilər. Yenə də "Qərbli Qız" idi. Həm də bu dəfə daha həyəsızcasına...

- İndi keçmiş üçün itirməyə vaxtımız yoxdur. Keçmişinlə öyünmək, geriyə baxmaq adamı geri salır. Bu günlə ayaqlaşmaq üçün, ayağın gərək yanında olsun...

 - İnsan ağac kimidir. Soyundan, kökündən qidalanır. Kökünə nə qədər bağlı olsa, o qədər güclü və  möhkəm olacaq. Ona görə də, dünyanı idarə etmək istəyənlər daha çox mili köklərə, dəyərlərə hücum edirlər. Kökündən qırılan insanı idarə eləməyə nə var ki....

- İndi həmin qüvvələr elə edib ki, mən milli kimliyim haqqında düşünməyə vaxt belə tapmıram. Həm də küçədə o abu hava deyil müəllim... - bu replikaisə mənim tərəfdarlarımdangəldi.

 - Cəmiyyət arasında olduğun vaxtı qoyaq kənara,  hər halda gün ərzində özünlə tək qaldığın bir neçədəqiqəniz olur. Bax o zaman, muğama qulaq asa bilərsən və ya Üzeyir Hacıbəyovun "Arazbari"sinə,  Fikrət   Əmirovun "Kürd -  Ovşarı"na, və ya Qara Qarayevdən... Əlinə bir Mirzə Cəlilin kitabını götürüb, istədiyin hekayəsini oxuyasan, gör nə xoş bir hava yaranacaq. Bundan gözəl istirahətmi var? Həm də gör necə güclənəcəksən... Soltan Hacıbəyovun "Karvan"ının sədaları altında Ziya bünyadovun "Azərbaycan tarixi" kitabına bir balaca nəzər atasan, sonrasını burax ürəyin ixtiyarına. Ürək vətən sevgisiylə döyünəndə, özünlə fəxr edirsən. Vətən sevgisi özünə güvənini artırır. Hələ vətənimizin əsir düşən bölgəsi var, Qarabağ var. Adam necə sevməyə bilər bu yaralı vətəni.

 - Müəllim, bu mühazirəni bilirik. Vətənə sevgidən sonra, keçəcəksiz düşmənə nifrətdən danışmağa. Biz həm sevməliyik, həm hansısa xalqa nifrət etməliyik... bilirsiz indi dünya....  - danışan "Uzunsaç" idi.  Əsəblərimi cilovlaya bilmədim. Ürəyim başımda döyünürdü.... Bağırdım. 

 - Sənin dünyana tüpürüm! Düşmənə, konkret erməniyə necə nifrət etməmək olar ay oğraş... Xocalıda öldürülən uşaqları televizordan da olsa görmüsən axı.Burunu, qulağı kəsilən adamlar səninqohumların deyil?  Sənin əmini, dayını, babanı evində oturduğu yerdə evindən didərgin salıblar ay bədbəxt. Beş nəfəri, on nəfəri yox ee, milyonu. Heç əsir düşən qız gəlin haqqında eşitməmisən? Erməniyə  necə nifrət etməmək olar axı... Mili kimliyiniz olsun! Mənliyiniz olsun, it uşağı, it! bağışlayın!  - Bütün bədənim döyünürdü...

Auditoruiyanı tərk elədim. Sonra hər şey çox sürətlə baş verdi. Bir də ayıldım ki, pilləkanlarla universitetin zirzəmisinə düşmüşəm. Başımı divara söykəyib var gücümlə bağırdım. İçimdə nə isə cırıldı. Ağladım.Xadimə çiyinlərimə toxunada bir az özümə gəlib, tələsik küçəyə çıxdım.Adamların üzünə baxmaq istəyirdim. Hamı mobil telefonun qarşısnda baş əyib yeriyirdi, heç kimin üzü görünmürdü. Xeyli piyada gəzib,avtobusa mindim. Burda da vəziyyət eləydi - hərə əlindəki zəhirmarın monitoruna girib  yoxa çıxmışdı.Cisimləri burda idi, özləri virtual dünyada. Virtual dünyada yaşayan üçün nə vətən! Bu millət niyə bu günə düşdü Allah!Yanımda oturan oğlanın əlindəki telefonun ekranında özümü gördüm. Hə bu mən idim. İndiki mühazirəmdən idi bu video. Nə tez yayılıb bu.

 - Nəyə baxırsan oğlum? Qulaqçığı məni eşitməyə mane oldu. Çiyninə toxundum. O mənə dəhşətlə baxdı. Avtobus dayandı. Oğlan əli ilə işarə etdi ki, yol verim. Düşdü.

Evə çatan kimi "Xatun"dan zəng gəldi. Səsindən həyəcan yağırdı.

 - Müəllim, uşaqlar sizin mühazirəni yutuba yerləşdiriblər. Bütün saytlar Sizdən yazır... görürsüz bu əclafları...  - qız ağladı...

- Niyə ağlayırsan ki, qoyublar lap yaxşı...

 - Yox ee, müəlllim, montaj edib qoyublar. Pis yerlərini... Aləm qarırşıb...

- Əvvəla məni mühazirəmin pis yeri yoxdur, ikincisi o dediyin aləm virtual aləmdi, cəhənnəmə qarışsın... Dağılsın o aləm...

 - yox ee müəllim... - Səbrim çatmadı. telefonu bağlayıb, komputeri açdım.

Xəbər saytlarında "Universitetdə biabırçılıq", "Dərsdə əxlaqsızlıq", "Seks dərsi"... kimi başlıqlarlarla video payaşmışdılar. Dekandan münasibət də öyrənmişdilər:"Son vaxtlar həmim müəllimin davranışılarında  xoşagəlməz hallar müşayət edirdik. Xüsusən də tələbələri təhqir etməsiylə bağlı. Sözügedən dərs məhz tələbələrin müdaxiləsi nəticəsində yarımçıq dayandırlıb və müəllim tələbələrin təkidiylə auditoriyadan kənarlaşdırlıb. Universitet rəhbərliyi məsələyə dərhal reaksiya verdi. Həmin müəllimlə olan əmək müaviləsinə xitam verilib. Əgər o çıxışda cinayət tərkibi varsa.... "

Videonu açdım. Sözlərimi kəsib təhrif eləmişdilər:

"Sevişməyin həzzini yaşamısanmı indiyə qədər? Niyə ehtiraslanmasın ki?.... Ən ehtiraslı seks də sirrli yerlər aşkarlandıqda olur, ən güclü orqazm da.  Əllərini qaldır görüm... Sən artıq soyunmusan.... Köynəyin o qədər qısadır ki, göbəyini görürəm....Bütün cizgilərin aydın görünür. Qələm ver, baxıb dəqiqliklə çəkim. Sən bədəninin bütün detaları ilə nümayiş etdirirsən... Zırt ekstazi!  (gülüş) indi bufetə düşsən hamı göbəyini görəcək.... sənin bədən cizgilərinə baxıb ehtiraslanmayan uzunsaç oğlan dostların var haa, səmimi deyirəm, o oğlanları görəndə ürəyim ağrayır...."

Ürəyim   elə ağrıyır ki, nəfəs ala bilmirəm. Pəncərəyə yaxınlaşdım. Qonşunun radiosunda Alim Qasımov "Kor ərəbin mahnısını" oxuyurdu: "Tükəndi səbrim, ədalət..."özümü toxtaq tutmaq istəyirdim. Hətta şam eləməyə də çalışdım. Bir tikə pendir çörək yeyib, yatağıma girdim və öldüm.

Nicat QAFUROĞLU

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ