RU
Yarışlara tam hazır idim
10:16
1220

Yarışlara tam hazır idim

“Təəssüratlarım böyükdür. Yarış gərgin keçdi, bütün rəqiblər çox güclü idi. Belə alındı ki, ikinci yeri qazandım”.

Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın verdiyi məlumata görə, bunu “Rio-2016”-da gümüş medal qazanmış kanoeçimiz Valentin Demyanenko deyib.  

İdmançımız qızıl medal qazanmaq niyyətində olduğunu bildirib: 

“Hər idmançı kimi mən də qızıl medal qazanmaq istəyirdim. Yarışlara tam hazır idim”.

V.Demyanenko gümüş medalı əla nəticə hesab etmir: 

“Gümüş medal mənim üçün əla nəticə deyil. Həyatımın çox hissəsini bu idmanla məşğul olmuşam. Hesab edirəm ki, daha çox çalışmalı, səylərimizi daha da artırmalıyıq”.

Qeyd edək ki, Braziliyanın Rio-de-Janeyro şəhərində Yay Olimpiya Oyunlarının 13-cü günündə kanoeçimiz Valentin Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə final yürüşünə qatılıb. Təmsilçimiz finiş xəttinə 39,49 saniyəyə ikinci çataraq gümüş medal qazanıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ