RU
Yarışma faciəyə səhnə olacaqdı
17:35
470

Yarışma faciəyə səhnə olacaqdı

Fransada keçirilən istedad yarışması az qala dəhşətli qəzaya səhnə olacaqdı.

Sirk hərəkətləri nümayiş etdirmək üçün jüri qarşısına çıxan iki iştirakçı, yüksək hündürlükdə təhlükə ilə üzləşib. Lentdən yapışaraq havaya qalxan yarış iştirakçıları, havada bir müddət rəqs etdikdən sonra yerə enməli idi. Amma rəqqasın tutduğu kəndir ilişib və iştirakçılar bir müddət havada asılı vəziyyətdə qalıb. Bu vaxt yıxılma təhlükəsi ilə üzləşən rəqqasənin köməyinə, zaldakılar çatıb.

Kəndirdən tutaraq yuxarı qalxan rəqqası isə xilasetmə çadırı ilə endirmək mümkün olmaylıb. Bunun üçün canlı yayında, səhnədə xüsusi avtomat nərdivan quraşdırılıb.

Həyəcanlı anların yaşandığı şouda, bu qəzadan bəlasız sovuşmaq mümkün olub. Proqramın təşkilatçıları iştirakçıların ciddi xəsarət almasına səbəb ola biləcək texniki nasazlığın səbəblərini araşdırır./atv

7news.az

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ