RU
Yarmarkalar dekabrın 26-dan başlayacaq
19:00
752

Yarmarkalar dekabrın 26-dan başlayacaq

“Yerli məhsullarda qiymət artımı yox, əksinə endirim gözlənilir”.

Hər il olduğu kimi bu il də bayramla bağlı kənd təsərrüfatı məhsullarının yarmarkaları təşkil olunacaq.

Yarmarkalar dekabrın 26-dan yanvarın 5-ə kimi paytaxtın müxtəlif yerlərində, o cümlədən, Sumqayıtda keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin katibi Murtuzəli Hacıyev deyib ki, yarmarkaların təşkili ilə bağlı hazırda işlər gedir. Artıq yerlər seçilib.

“Bu il ötən illərə nisbətən yarmarkaların sayı az olacaq. Ən böyük yarmarka Sumqayıt şəhərində təşkil olunacaq. Bu il kənd təsərrüfatı yarmarkalarının sayının az olması paytaxtın bəzi yerlərində gedən təmir-tikinti işləri ilə bağlıdır”.

M.Hacıyevin sözlərinə görə, yarmarkalarda yerli məhsullarda qiymət artımı yox, əksinə endirim gözlənilir.

Paytaxtın Yasamal və Nəsimi rayonlarında da yarmarkaların təşkili ilə bağlı İcra Hakimiyyəti ilə danışıqlar gedir./anspress

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ