RU
Yas mərasimi təşkil edənlər cərimələndi - Foto
16:40
554

Yas mərasimi təşkil edənlər cərimələndi - Foto

Kürdəmirdə yas mərasimi təşkil edənlər cərimələnib.

 

7News.Az xəbər verir ki, Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları rayonun Türkədi kənd sakini Əhmədov Həsən Mərifət oğlunun karantin rejimini pozaraq həyətində yas mərasimi təşkil etməsi faktını aşkarlayıb.

Dərhal polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yas mərasiminin keçirilməsi dayandırılıb. Ev yiyəsi Həsən Əhmədov və yas mərasimdə iştirak edən bir neçə nəfər saxlanılaraq rayon  polis şöbəsinə dəvət olunub.

Onlarla profilaktiki söhbətlər aparıldıqdan sonra  hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin müvafiq bəndinə əsasən inzibati cərimə tətbiq olunub.

Yas mərasimi təşkil edənlər cərimələndi - Foto
Yas mərasimi təşkil edənlər cərimələndi - Foto

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ