RU
Yaş yarımlıq körpə 9 metr hündürlükdən yerə çırpıldı - ANBAAN VİDEO
14:20
288

Yaş yarımlıq körpə 9 metr hündürlükdən yerə çırpıldı - ANBAAN VİDEO

Yaş yarımlıq körpə ehtiyatsızlıq səbəbindən 9 metr hündürlükdəki balkondan yıxılıb. 

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ecem adlı körpə 3-cü mərtəbədəki evlərinin eyvanından yıxılıb. Onun yıxılma anı anbaan kameralara düşüb. 

Xoşbəxtlikdən uşaq həyatını itirməsə də ağır yaralanıb. Korpə düşən zaman birinci mərtəbənin eyvanındakı yağışdan qorunmaq üçün artırılmış tikiliyə dəyib. Buna görə də onun sürəti yavaşlayıb və sağ qalıb. 

Həkimlər Ecemin kəllə sümüyündə və bədəninin müxtəlif yerlərində sınıqlar olduğunu bildirib. Hazırda onun vəziyyətinin yaxşı olduğu bildirilir. 



Yaş yarımlıq körpə 9 metr hündürlükdən yerə çırpıldı - ANBAAN VİDEO

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ