RU
Yaşadığı evi tərk edən koronavirus xəstəsi saxlanıldı
11:50
201

Yaşadığı evi tərk edən koronavirus xəstəsi saxlanıldı

Hacıqabulda yaşadığı evi tərk edən COVID-19 xəstəsi saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən 7News.Az-a verilən məlumata görə, Hacıqabul rayonu Atbulaq kənd sakini Elgün Baxşəliyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunub və ona tətbiq edilən qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib. 

Polis əməkdaşları tərəfindən qaydaları pozan şəxsin qanunazidd hərəkətinin qarşısı alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Faktla bağlı araşdırmalar aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ