RU
Yaşadığı qadına görə bıçaqlanma hadisəsi törədən şəxs 10 il cəza aldı - FOTO
23:22
444

Yaşadığı qadına görə bıçaqlanma hadisəsi törədən şəxs 10 il cəza aldı - FOTO

Babayev hadisəni qısqanclıq zəminində törədib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Maarif Babayevin (1981-ci il təv.) CM-nin 126.2.4-cü (ümumi təhlükəli üsulla, qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Xəzər RPİ 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il sentyabrın 11-də, axşam saat 23 radələrində Binə qəsəbəsinin Bünyadzadə küçəsində, qəsəbə sakini Rauf Rzayevə (1980-ci il təv.) bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən Maarif Babayev tutulub. Zərərçəkən 3 saylı kliniki xəstəxanaya çatdırılmaqla, üzərində cərrahi əməliyyat aparılıb və həyatı xilas edilib. 

Cinayət işinin materiallarına görə, Maarif Babayev hadisəni qısqanclıq zəminində törədib, belə ki, hadisədən öncə o, qeyri-rəsmi yaşadığı qadını Rauf Rzayevlə görüb və bu məsələni aydınlaşdırmaq üçün onunla mübahisə edib. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

 7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ