Bakının Yasamal parkındakı itlər yığışdırılsa, uşaqları da rahat əyləndirmək olardı.
7News.az xəbər verir ki, bunu telejurnalist Elnur Teymuroğlu bildirib.
Onun sözlərinə görə, bəzi gənclər ərazidə itləri xaltasız gəzdirirlər ki, bu da çox təhlükəlidir, xüsusən də azyaşlıların həyatı üçün. Qanunla ictimai yerlərdə itləri belə gəzdirmək olmaz: "Valideynlər ərazidə asayişi təmin etməli olan polislərə şikayət etdikdə isə, polisin cavabı "biz bunlarla bacarmırıq" olur".
7News.az Yasamal parkında itlərin necə xaltasız gəzdirildiyinin qeydə alındığı video görüntüləri təqdim edir./milli.az










