RU
Yasamalda 36 yaşlı kişi bıçaqlandı
14:00
415

Yasamalda 36 yaşlı kişi bıçaqlandı

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

7news.Az xəbər verir ki, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Səxavət Vahidov bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Səxavət Vahidovun kimin tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ