Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Yasamal rayonunda qeydə alınıb. "Qurd qapısı” adlanan ərazidə avtomobil yolu keçən 1956-cı il təvəllüdlü Qəmbərli Yulya Anatoli qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qolun sınığı diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
7NEWS.Az







