RU
Yasamalda kütləvi dava:
21:30
1462

Yasamalda kütləvi dava:

Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

7news.Az Report-a istinadən xəbər verir ki, rayonun D.Bünyadzadə küçəsi ev 12 ünvanın qarşısında Ümüd adlı və digər iki nəfər naməlum şəxs orada yaşayanlar - 1992-ci il təvəllüdlü Abdulla Bağırovu və qardaşı, 1996-ci il təvəllüdlü Qadir Bağırovu döyərək bıçaqla bədənin müxtəlif nahiyələrinə xəsarət yetiriblər.

Nəticədə iki qardaş kəsilmiş-deşilmiş yaraları ilə Kliniki Tibbi Mərkəzinə daxıl olublar.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədənlərdən biri - Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Elmar Quluzadə tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ