Araşdırma aparılır.
Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
7news.az xəbər verir ki, Lent.az-ın məlumatında görə, H.Zərdabi küçəsi 92 ünvanının qarşısında Rafiq Hüseynov adlı şəxs Asif Cəfərovu bıçaqlayıb.
Tanışına daxilə nüfuz etməyən 5 zərbə endirən R.Hüseynov daha sonra onun üzərindəki 1400 manatı götürərək uzaqlaşıb.
Hadisəni törədən şəxs artıq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
7news.az








