Bakı sakininə qarşı quldurluq edilib.
7NEWS.Az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə aprelin 18-də saat 1 radələrində 3 nəfərin Bakı şəhər sakini H.Rəsulovu bıçaqla hədələyib 400 manat pulunu almaları, kart hesabında olan 50 manat pulu isə öz hesablarına köçürmələri barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakinləri - Səxavət Yunusov, Əli Abbasov və Nicat Mikayılov qısa müddətdə müəyyən edilərək saxlanılıblar.
Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
7NEWS.Az







