Yasamal rayonu ərazisində yerləşən uşaq bağçalarından birinin divarından kombi aparatının oğurlanması barədə polisə məlumat daxil olub.
7News.Az-a DİN-ə istinadən xəbər verir ki, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən O. Abdullayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
7News.Az








