RU
Yasamalda yol polisinin idarə etdiyi motosiklet aşdı
18:00
475

Yasamalda yol polisinin idarə etdiyi motosiklet aşdı

Polis serjantı xəsarət alıb.

Bakıda yol polisinə məxsus motosiklet aşıb. 

Dünən axşam saatlarında Yasamal rayonu ərazisində Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisinin əməkdaşı, polis serjantı Elvin Mahmudlunun idarə etdiyi "Yamaha" markalı motosiklet aşıb. 

Xidməti motosikletin aşması nəticəsində 29 yaşlı polis serjantı xəsarət alıb. 

O, Daxili İşlər Nazirliyinin Arif Heydərov adına hospitalına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. /lent

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ