RU
Yasamalda yük maşını idarəetmədən çıxdı - Avtomobillərə ziyan dəydi
19:13
95

Yasamalda yük maşını idarəetmədən çıxdı - Avtomobillərə ziyan dəydi

Ötən gün axşam saatlarında Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə videogörüntü yayımlanıb.

Belə ki, saat 20:20-də Nazim Hikmət küçəsi ilə hərəkətdə olan "Mercedes-Benz" markalı, 77-LL-042 dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsü dairədə idarəetməni itib və maşın yol kənarındakı daş maneəyə çırpılıb.

Nəticədə ərazidə park vəziyyətində olan "KIA Forte" markalı, 77-CL-943 dövlət nömrə nişanlı və "Hyundai" markalı 77-MN-905 dövlət nömrə nişanlı avtomobillərə ziyan dəyib. Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.
 


 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ