RU
“YAŞAT” düşərgəsinin 4-cü həftəsinə start verilib
12:17
28

“YAŞAT” düşərgəsinin 4-cü həftəsinə start verilib


"YAŞAT” Fondunun və "ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, "PMD Hospitality”nin tərəfdaşlığı ilə həyata keçirilən və Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 3-cü "YAŞAT” düşərgəsinin 4-cü həftəsinə start verilib.


Şamaxı Safari Parka təşkil olunan ekskursiyadan sonra düşərgənin açılış mərasimi baş tutub. İştirakçılara  həftəlik proqram barədə ətraflı məlumat verilib. 

İkinci gün səhər idmanı ilə başlayıb və "Gənc Psixoloqlar" İctimai Birliyinin psixoloqları ilə görüşlə davam edib. Psixoloqlar düşərgə iştirakçıları ilə düzgün kommunikasiyanın qurulması və tanışlıq məqsədi ilə oyunlar keçiriblər. 

Eyni zamanda "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən komanda ilə iş, innovativ düşüncə mövzusunda təlim proqramı baş tutub.

Gün hotel daxili əyləncə və stolüstü idman oyunları ilə davam edib.

Tərəfdaşlar: "PMD Hospitality’’ şirkəti,  "Shamakhi Palace Sharadil” Hoteli;

Baş sponsor: Bakcell;

Sponsorlar: "Nar", "PAŞA Bank” ASC, "BRAVO” supermarketlər şəbəkəsi;
Dəstəkçilər: "İnnovasiyalar Mərkəzi”, "Azərbaycan Hava Yolları” QSC, "PAŞA Həyat Sığorta” ASC, "Gənc Psixoloqlar" İctimai Birliyi, "Digital Umbrella” şirkəti, Şamaxı Safari Park, "DeFacto” mağazalar şəbəkəsi, ‘’Panda Kids” mağazalar şəbəkəsi, "Elm Galaxy'' MMC, ‘’Libraff’’ kitab mağazaları şəbəkəsi, "Happy Day Cake”, Booo.az, "Milla", "Gədəbəy Mineral Suları” MMC, "Bilim Bakı'' mərkəzi, "INNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi”, Şamaxı Astrofizika Rəsədxanası;


Media dəstəkçiləri: Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV), ASAN Radio
 
 






 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ