RU
“YAŞAT” Fondu şəhid övladları üçün Avropada ilk dəfə yay məktəbi təşkil edib
15:39
66

“YAŞAT” Fondu şəhid övladları üçün Avropada ilk dəfə yay məktəbi təşkil edib


"ASAN xidmət”in və "YAŞAT” Fondunun birgə təşkilatçılığı, "NEQSOL Holding”in və Bakcellin dəstəyi ilə şəhidlərimizin övladları üçün Almaniyanın Frankfurt şəhərində yay məktəbi başlayıb. 

13 avqust tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda düşərgə iştirakçılarının  yolasalınması təşkil olunub.

"YAŞAT” yay məktəbinin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etməkdir. 

13-26 avqust tarixini əhatə edən yay məktəbi Yohan Volfqan fon Göte adına Frankfurt Universitetində keçirilir.  
Proqram müddətində iştirakçılar gündəlik 3 saatlıq ingilis dili dərslərində, şəhər ekskursiyasında, tarixi abidələr və muzeylər gəzintisində, Lüksemburq səyahətində iştirak edəcəklər.

Yay məktəbinin iştirakçıları ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 10 nəfəri əhatə edir.

Media dəstəyi: ASAN Radio

"YAŞAT” Fondu tərəfindən şəhidlərimizin övladları üçün mütəmadi olaraq bu cür layihələr reallaşdırılır. Məqsəd onlarının dünyagörüşünün genişləndirilməsinə, yeni biliklər əldə etməsinə xidmət etməklə yanaşı, həm də vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.
 


l
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ