ABŞ-ın Merilend ştatında yaşayış bunasında partlayış və yanğın baş verib.
7News.az bildirir ki, hadisə nəticəsində 20 insan yaralanıb.
Partlayış Montqomeri dairəsində gecə yarısı baş verib. Əvvəl partlayış qeydə alınıb, sonra isə yanğın olub. Yanğın nəticəsində dəymiş ziyan ciddi dəyərləndirilir.
Xəsarət alanların arasında yanğınsöndürmə xidmətinin əməkdaşları da var.
Partlayışın səbəblərinin hələlik müəyyənləşdirilmədiyi bildirilir./trend
7News.az








