RU
Yaşlı qadın maskası olmayan insanlara hücum etdi - VİDEO
12:40
247

Yaşlı qadın maskası olmayan insanlara hücum etdi - VİDEO

Sosial şəbəkələrdə maskası olmayan kişiyə hücum edən yaşlı qadınla bağlı görüntülər yayılıb.

"Fox News”un məlumatına görə, hadisə ABŞ-ın San-Dieqo şəhərində qeydə alınıb.

Kadrlarda qadının gəncin üzünə gözyaşardıcı qaz püskürməsi görünür.

 

Zərərçəkənin yanında olan həyat yoldaşı hücum edən şəxsi məhkəməyə vermək fikrindədir:

"Mən ərimlə oturmuşdum. Biz yemək yediyimizə görə maskasız idik. Maska taxıb yemək olmaz axı”, - deyə, qadın bildirib.

Onun sözlərinə görə, yaşlı qadın onların masasına yaxınlaşıb, əvvəlcə qadına tərəf, sonra isə ərinin üzərinə gözyaşardıcı qaz püskürüb.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ