Rusiyanın Moskva şəhərində yaşlı bir qadın və əlil oğlu ölü tapılıb.
7News.Az oxu.az-a istinadən xəbər verir ki, onların meyitləri Novopetrovskaya küçəsində yaşadıqları mənzildə aşkar olunub.
90 yaşlı təqaüdçü və onun 53 yaşlı oğlu eyni mənzildə yaşayıblar. Qadın əlil arabasına məhkum olan oğluna baxırmış. Ancaq sonradan o qədər zəifləyib ki, bunu bacarmayıb.
İlkin məlumatlara görə, əvvəlcə kişi, daha sonra qadın ölüb. Onların meyitlərini qonşulardan biri aşkar edib.
Mərhumların bir neçə həftə mənzildə qaldıqları qeyd olunur.
7News.Az








