RU
Yataq performansı ilə zarafat cinayətə səbəb oldu -
15:30
584

Yataq performansı ilə zarafat cinayətə səbəb oldu - "Kərpic başında iki yerə bölündü" - FOTO

Oğlan onun yataq performansını ələ salan sevgilisini döyərək öldürüb.

7News.Az The Sun-a istinadla xəbər verir ki, Ukraynanın Novonikolaevka vilayətində yaşayan Yuri 20 yaşlı sevgilisi Kristinanı kərpiclə qətlə yetirib.

Kristinanın cəsədi gecə klubunun yaxınlığında yoldan keçənlər tərəfindən tapılıb. Onun qanaxmadan öldüyü məlum olub.

Qadın son 24 saat ərzində sevgilisi Yuri ilə birlikdə olduğuna görə o, cinayət şübhəlisi kimi saxlanılıb. Onun evindən Kristianın mobil telefonu tapılıb.

Polis tərəfindən saxlanılan Yuri cinayəti etiraf etmək məcburiyyətində qalıb. O, bildirib ki, Kristinanı kərpiclə öldürüb.

"Kərpic başında iki yerə bölündü", - deyə Yuri ifadəsində söyləyib.

 

Yurinin dediyinə görə cinsi əlaqədən sonra Kristina onu zəif performansına görə ələ salıb.

Qeyd edək ki, Yuri və Kristina gecə klubunda tanış olub.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ