
7News.Az-ın haberler.com-a istinadən verdiyi xəbərə görə, "Yatmış gözəl sindromu"na (Klein-Levin sindromuna) tutulan qız daim "yuxu aclığı" his edib və tətil günlərindən birində 2 gün yatandan sonra xəstəliyinin olduğunu anlayıb.

Qohumları isə onun sadəcə yorğun olduğunu düşünüb hadisənin üzərindən keçiblər.

Lakin Uongun belə halı təkrarlanmağa başlayıb. Bəzən 3 aydan bir, bəzən də ayda bir dəfə dərin yuxuya gedib.

Sonuncu və ən uzunmüddətli yuxusu 29 iyun 2009-cu ildə başlanıb 11 fevral 2010-cu ildə bitib.

Alanna Uong onun kimi insanların özlərini tək hiss etməməsini istəyir.
Alanna KLS Dərnəyinin könüllülərindəndir.

7News.Az








