Bu gün müdafiə sənayesi naziri Yavər Camalov "ADEX-2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisinə qatılan Rusiya Müdafiə Nazirliyinin Hava-Kosmik Qüvvələrinin baş komandanı, general-polkovnik Viktor Bondarevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Y. Camalov həmçinin Cibuti müdafiə naziri Ali Hasan Bandon, Polşa iqtisadi inkişaf nazirinin müavini Radoslav Domaqalski-Labedzki və Rusiya Taktiki Raket Silahlanma Korporasiyasının baş direktoru Boris Abnosovla görüşüb. Qonaqlar "ADEX-2016” sərgisinin yüksək səviyyədə təşkil olunduğunu bildiriblər.
7News.Az








