Fındıq bağından tapılan körpə cəsədi ilə bağlı cinayətin təfərrüatı məlum olub.
7News.Az haberler-ə istinadla xəbər verir ki, Trabzonun Tonya mahalındakı fındıq bağına basdırılmış körpənin 21 yaşlı anası Pınar Ç. və digər iki şübhəli saxlanılıb.
Məlum olub ki, Pınar Ç. yaxın qohumu ilə cinsi əlaqədə olması nəticəsində hamilə qalıb. O, yeni doğulan körpəsini fındıq bağında basdırıb.
Pınar Ç. məhkəmənin qərarı ilə həbs edilsə də, onun atası və cinsi əlaqədə olduğu qohumu sərbəst buraxılıb.
Cinayətlə bağlı araşdırmalar davam etdirilir.


7News.Az








