Yay duşunda ölümcül səhv: Alimlər xəbərdarlıq edir
7NEWS.az xəbər verir ki, Lancaster Universitetindən professor Adam Taylor deyir ki, isti havada bədəni sərinlətmək üçün soyuq duş qəbul etmək əslində əks effekt verə bilər. Taylorun sözlərinə görə, bu qəfil soyuq təmas bədəni aldadır və istiliyi daxildə saxlayır. Bu, xüsusilə yüksək təzyiq və ürək xəstəliyi olan insanlar üçün ciddi risk yaradır.