Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Yazar olmaq istəyirəm!” adlı fərdi layihə Nəzərova Gülnar Rahib qızı tərəfindən həyata keçirilir.
Layihənin məqsədi qərb bölgəsində gənclərin bədii ədəbiyyata marağının zəif olması səbəblərinin araşdırılması, gənclərin bədii ədəbiyyata marağının formalaşdırılması, gənc yazarların formalaşmasına dəstək vermək, layihəyə cəlb olunan gənc yazarı region gəncləri arasında tanıtmaqla bu istiqamətdə onun fəaliyyətinə dəstək verməkdən ibarətdir. 3 ay ərzində Qazax və Ağstafa rayonlarında icra olunacaq layihənin icrasının hazırlıq mərhələsi davam etməkdədir. Bu məqsədlə həmçinin layihə çərçivəsində fəaliyyət göstərəcək gənc yazarın kitabı Qazax və Ağstafa rayon MKS-lərə təqdim edilmişdir. Qeyd edək ki, layihənin icrasının hazırlıq mərhələsi noyabr ayını əhatə edir.








