RU
Yazda Qarabağda müharibə başlayacaq - İrəvan üçün DƏHŞƏTLİ SSENARİ AÇIQLANDI
16:17
699

Yazda Qarabağda müharibə başlayacaq - İrəvan üçün DƏHŞƏTLİ SSENARİ AÇIQLANDI

2019-cu ilin yazında Dağlıq Qarabağda müharibənin başlanmasını gözləmək olar.

Bu barədə "Ərik ölkəsi” partiyasının sədri Zarui Postandjyan deyib.

Onun sözlərinə görə, bu müharibə Ermənistan ordusunda görünməmiş korrupsiya və Nikol Paşinyanın fərasətsiz xarici siyasətinin nəticəsi olacaq.

"Bugünkü hakimiyyət Qərblə danışıqlar aparmır, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) əsas müttəfiqlərlə ciddi ziddiyətlərə malikdir, Rusiya ilə münasibətləri korlayır, nəticədə qazın qiyməti artdı. Bizdə milli siyasət konsepsiyası yoxdur. Qəribədir ki, seçki kampaniyası dövründə heç bir siyasi partiya bu məsələyə toxunmadı. Sonuncu dəfə bu haqda 2007-ci ildə danışılırdı, lakin o vaxtdan vəziyyət çox dəyişib”, - deyə o bildirib./publika

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ