RU
Yeddi aylıq körpə nar dənəsindən boğuldu
17:33
932

Yeddi aylıq körpə nar dənəsindən boğuldu

Körpə Bakıya gətirilərkən yolda keçinib.

Zaqatala rayonunda boğazında nar dənəsi qalan 7 aylıq qız ölüb.

Bu barədə  körpənin dayısı Nurulla Muradov məlumat verib.

Nurulla Muradovun sözlərinə görə, oktyabrın 20-də günorta saatlarında bacısı qızı Ruqiyyə Məmmədova yaşadığı evdə yediyi nar giləsi onun tənəffüs borusuna düşüb. Valideynləri körpəni Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparsalar da, onlara uşağı Şəki MRX-a aparmağı məsləhət görüblər.

Dayının sözlərinə görə, Zaqatala MRX-dan onlara heç bir həkim və təcili yardım maşını verilməyib.

Uşaq həkim nəzarəti olmadan Şəki MRX-a aparıblar. Orada isə artıq körpəyə kömək edə bilməyəcəklərini deyiblər və Bakıya çatdırılması məsləhət görülüb. Körpə Bakıya gətirilərkən yolda keçinib.

Zaqatala MRX-dan  fakt təsdiqlənib, körpəyə orada lazımi tibbi yardımın göstərildiyi bildirilib.

Uşaq doğulduğu Qımır kəndində torpağa tapşırılıb./apa 

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ