RU
Yəhudi ravvindən İslam və onun Peyğəmbəri haqqında heyrətamiz etiraflar - VİDEO
16:18
841

Yəhudi ravvindən İslam və onun Peyğəmbəri haqqında heyrətamiz etiraflar - VİDEO

Yəhudi ravvindən (həm də hüquq doktorudur) İslam və onun Peyğəmbəri haqqında heyrətamiz etiraflar gəlib.

7News.az xəbər verir ki, ravvinin sözlərinə görə Peyğəmbərin təşəbbüsü ilə müsəlmanlar və Mədinə əhli (o cümlədən yəhudi qəbilələri və xristianlar) arasında bağlanmış sazişi konstitusiya adlandırır və onu tam demokratik və bərabərhüquqlu sənəd kimi dəyərləndirərək mahiyyətini belə açıqlayır: 

"Biz hamımız bu torpaqların vətəndaşıyıq. Yəhudilər və müsəlmanlar, gəlin müttəfiq olaq. Gəlin vahid ordu yaradaq. Gəlin din azadlığı verək. Müsəlmanların öz məscidləri və məhkəmələri olsun. Yəhudilərin də öz sinaqoqları və məhkəmələri olsun. Hər kəs öz işi ilə məşğul olsun… Yəni yaşa və başqalarına da yaşamağa imkan ver. Lakin sonra yəhudilər sözlərini tutmadılar, müsəlmanlara xəyanət edib bütpərəstlərlə birləşdilər, Peyğəmbəri satdılar və üzərinə getdilər: Məhz bu səbəbdən Peyğəmbər onlarla savaşa başlayb onları darmadağın etdi, lakin ümumən lütfkar oldu”. 

Ravvin zövcələrindən birinin yəhudi olan Peyğəmbərin nəcibliyini vurğulayır: 

"Peyğəmbərin yəhudilərə pis münasibət göstərməsini demək düzgün deyil. Onlara hörmət edirdi. Yəhudilər məsciddə ibadət edə bilər, İslama hörmət bəsləyirlər. Terroristlər isə müsəlman deyil. Terrorizm həqiqi İslamla qarışdırılmamalıdır. Quran Allahın Kitabıdır. "Bizim ortaq olduğumuz bizi bir-birimizdən ayırandan xeyli çoxdur”, - deyə ravvin fikrini belə yekunlaşdırır.//Cebhe.info

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ