RU
Yekaterinburqda azərbaycanlıların tərəvəz bazasında axtarışlar aparılır
23:00
1372

Yekaterinburqda azərbaycanlıların tərəvəz bazasında axtarışlar aparılır

Xüsusi təyinatlı dəstə işləyir.

Yekaterinburqda “4 saylı Ərzaq bazası” MMC-də hazırda əməliyyat-istintaq tədbiri həyata keçirilir. 

Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. 

İlkin məlumata görə, bazanın “təmizlənməsi” 200-ə yaxın adamın saxlanıldığı dünənki xüsusi əməliyyatın davamıdır.

Xatırladaq ki, martın 30-da Uralmaşda kafelərin birində kriminal avtoritetlərin toplantısı olub.

Saxlanılan avtoritet azərbaycanlıların arasında “4 saylı Ərzaq bazası” MMC-nin “briqadir”lərindən biri Zaur Həsənov da olub. 

Qeyd edək ki, “4 saylı Ərzaq bazası” – Sverdlovsk vilayətinə gətirilən bütün meyvə və tərəvəzin keçdiyi əsas anbardır./oxu

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ