Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq ittihamı ilə iki ay müddətinə həbs edilən Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinskinin müdafiəsi həbs qətimkan tədbirindən apellyasiya şikayəti verib.
Bu barədə TASS-a Sverdlovsk vilayəti məhkəmələrinin birləşmiş mətbuat xidmətindən məlumat verilib.
"Vəkil səhər saatlarında birinci instansiya məhkəməsinə apelyasiya şikayəti verib", - deyə agentliyin həmsöhbəti bildirib.
Yerli medianın məlumatına görə, gənc oğlan atasının həbsi zamanı təhlükəsizlik qüvvələrinin əlindən qaçmağa çalışarkən Rusiya qvardiyasının zabitlərindən birinə xəsarət yetirib.








