RU
Yəmən böhranı həll olunmadı
23:20
235

Yəmən böhranı həll olunmadı

Yəməndə 9 aydır davam edən vətəndaş müharibəsi ilə bağlı 15 dekabrda İsveçrədə başlanan müzakirələr başa çatıb.

7news.az xəbər verir ki, hökumət səlahiyyətlilərinin verdiyi məlumata görə, tərəflər arasındakı müzakirələrdə razılıq əldə olunmayıb. Buna baxmayaraq, yeni müzakirələrin 14 yanvarda Efiopiyada davam etdirilməsi barədə qərar qəbul olunub.

Xatırladaq ki, İsveçrə danışıqlarına görə ölkədə 7 günlük atəşkəs elan olunmuşdu.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ