Yəmən rəsmi Tehranın ölkənin daxili işlərinə qarışmasına etiraz olaraq İrandakı səfirliyini bağlayır.
Yəmən höküməti İranı ölkənin suverenliyini pozmaqda ittiham edib. Ölkə rəhbərliyi rəsmi Tehranı şiə hüsi-üsyançılarına dəstək verməkdə günahlandırıb.
“France-Presse”in məlumatına görə, Yəmən prezident aparatının rəsmisi Əbd Rabbo Mansura Hadi İran səfirinin ölkədən çıxarılması barədə bəyanat verib.
Agentliyin xəbərinə əsasən, hal-hazırda Yəmən paytaxtı Sanada yerləşən İran səfirliyi hüsilərin nəzarəti altındadır.
Yəmən höküməti İranla diplomatik əlaqələri dayandırmaq qərarına gəlib./oxu
7news.az








