RU
Yəməndə BƏƏ hərbi helikopteri yerə çırpıldı — 4 ölü
12:50
253

Yəməndə BƏƏ hərbi helikopteri yerə çırpıldı — 4 ölü

Yəmənin Şəbvə şəhərində helikopter qəzası olub.


Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin tərkibindəki BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri)-yə aid bir helikopter texniki problem səbəbindən təcili yerə enmək istəyib. Amma helikopterin enişi uğurlu alınmayıb və nəticədə 4 hərbçi həlak olub.

BƏƏ rəsmi xəbər agentliyi bu barədə məlumat yayıb və Şəbvədə qəzaya uğrayan helikopterdə həlak olan əsgərlərin adını açıqlayıb. Koalisiya qüvvələrinin mətbuat katibi polkovnik Türki əl-Maliki bir müddət əvvəl açıqlama verərək bir helikopterin texniki problem səbəbindən təcili yerə endiyini və ekipajın yüngül yaralandığını açıqlamışdı./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ