RU
Yəməndə epidemiya yayılıb: Onlarla ölən var
15:30
1063

Yəməndə epidemiya yayılıb: Onlarla ölən var

Yəməndə difteriya epidemiyasının yayıldığı yarım il ərzində 62 nəfərdən çox insan bu xəstəlikdən dünyasını dəyişib. 933 nəfər bu xəstəliyə yoluxub.

7News.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Epidemiyanın əsas ocaqları İbb və Hodeydə vilayətləridir.

"İctimai Səhiyyə İdarəsi Ümumdünya Səhiyyə Təşkilatı, UNİCEF, BƏƏ-nin Beynəlxalq Qızıl Aypara Cəmiyyəti və Kral Salman adına Humanitar Yardım Mərkəzinin əməkdaşlığı ilə ölkəni bürüyən epidemiyanın aradan qaldırılması üçün əlindən gələn bütün səyləri göstərir”, - deyə Yəmən səhiyyə nazirinin təcili tibbi yardım sahəsi üzrə müavini Əli Əl Validi bildirib.

Rəsminin sözlərinə görə, epidemiyanın yayılmasına qarşı mübarizə aparmaq üçün hökumət  kütləvi immunizasiya və maarifləndirmə ilə bağlı tədbirlər görür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ