RU
Yəməndə fitrə zəkatı verilən zaman yaranan izdihamda 90 nəfər həyatını itirib - VİDEO
12:00
104

Yəməndə fitrə zəkatı verilən zaman yaranan izdihamda 90 nəfər həyatını itirib - VİDEO

Yəmənin paytaxtı Sənada Ramazan bayramı ilə əlaqədar kasıb əhaliyə paylanan fitrə zəkatı zamanı yaranan izdiham nəticəsində azı 90 nəfər ölüb, 300-dən çox insan yaralanıb.

Hadisə Səna şəhərinin mərkəzi hissəsində yerləşən Bab əl-Yaman ərazisində baş verib.

İzdiham bir neçə imkanlı şəxs tərəfindən fitrə zəkatı paylanarkən yaranıb.
İnsidentin araşdırılması üçün Yəmənin daxili işlər orqanlarının və prokurorluğun nümayəndələrindən ibarət komissiya yaradılıb.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ