RU
Yəməndə helikopter qəzaya uğrayıb
00:00
914

Yəməndə helikopter qəzaya uğrayıb

Yəmənin cənubunda, Ədən əyalətində Ərəb koalisiyasına məxsus hərbi helikopter qəzaya uğrayıb.

Ekipaj üzvlərinin taleyi hələlik məlum deyil.
 
Hadisə yerinə hərbçilər və digər güc strukturlarının nümayəndələri cəlb olunub. Hadisə ilə əlaqədar rəsmi qurumlar tərəfindən şərh verilməyib.
 
Qeyd edək ki, Yəməndə üsyançı husilər və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü idən davam edir./apa

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ