Məsuliyyəti öz üzərinə İŞİD terror qruplaşması götürüb.
Yəmənin paytaxtı Sanada məsciddə iki partlayış törədlib.
7news.az xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə zamanı 28 nəfər ölüb, daha 30 nəfər yaralanıb.
Təxmin edilir ki, ilk partlayışı terrorçu-kamikadze üzərində olan partlayıcı qurğunu işə salaraq həyata keçirib. İkinci partlayış isə insanlar məscidi tərk edərkən baş verib.
Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.
7news.az








