RU
Yəməndə Səudiyyə Ərəbistanına məxsus baza yaxınlığında partlayış olub
14:30
207

Yəməndə Səudiyyə Ərəbistanına məxsus baza yaxınlığında partlayış olub

Yəmənin Abyan əyalətində Səudiyyə koalisiya hərbçilərinin yerləşdiyi bazanın yaxınlığında partlayış baş verib.

7News.Az xəbər verir ki, bu barədə "Sinhua" xəbər agentliyi yerli icra nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində Səudiyyə Ərəbistanı əsgərlərinin Şukra şəhərində müvəqqəti baza olaraq istifadə etdikləri məktəb binasına ziyan dəyib, hərbçilər arasında yaralanan olmayıb.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ